Onlayn ictimai-siyasi qəzet
Tanınmış müğənni, aktyor Sərxan Kərəmoğlu “Rəngarəng” verilişində qonaq olub.
O, verilişdəki çıxışları ilə müzakirələrə səbəb olub.
Sərxan Kərəmoğlu sözügedən verilişdə aparıcının Qumral Musayeva, Musa Musayev və Təranə Musayevanın Türkiyədə konsert verəsələr 45.000 nəfərlik zalı doldura biləcəyini səsləndirərək qonaqlardan bu barədə fikrini soruşub. Sərxan Kərəmoğlu isə "bəli, süni intelleklə bu mümkündür" cavabını verib.
Həmçinin, S.Kərəmoğludan bəzi müğənni həmkarlarına söz atıb. Belə ki, o, "Zarıyanlar uluyanlar məliyənlər, anqıranlar, bağıranlar hamısı efirdədir." Deyərək canlı efirdə özündən çıxıb. Aparıcı Zaur Nəbioğlunun isə müğənniyə "Sərxan Kərəmoğlunun elə qınadığı insanlar kimi də səsi var" deməsi birmənalı qarşılanmayıb.
Müğənni Xalq artisti Röyanın bu adı alması barədə də fikir bildirib:
“Nə Röya, nə də Aygünlə hər hansı bir iş birliyim var. Heç bir dostuluğum da yoxdur. Röya Ayxan ad alanda hamımız qınamaq istədik. 90 faiz sənət adamları dedi ki, 40 il oxuyanlar bu ada layiq görülmür. Amma 40 il oxuyanı çölə çıxart, görək kimsə tanıyır? Ölkənin 99,99 faizi bu qızı sevir. Demək xalqın artistidir ki, sevirlər. Gəlin, biz də işləyək, haradasa qol çəkək, ondan sonra fəxri ad alaq”.
Sərxan Kərəmoğlu bununla da kifayətlənməyib. O, növbəti çıxışında həmkarı Pünhan Piriyevə də söz atıb.
Aparıcı Zaur Nəbioğlunun "müqayisə" rubrikası zamanı "Pünhan Piriyevdə nə var ki, səndə yoxdur" sualına müğənni Sərxan Kərəmoğlu "Pünhan çox şitdi" cavabını verib:
“Pünhan çox şitdir. Bu yaşla əlaqəlidir. Mən onun yaşında daha şit olmuşam. Hələ də toparlaya bilmirəm. Yaşla əlaqəlidir. Məndə elə təcrübə var ki, Pünhan ora qədər gəlib çatmayacaq”.
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ