İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirliyə yeni avtomobil və ev hədiyyə edən türk iş adamı Şuşaya gedəcək

"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təşəbbüsü ilə dostum, üllküçü hərəkatın tanınmış siması, iş adamı Ali Yıldırım ilə birgə sabah Şuşaya gedəcəyik. Biz 30 il bu günləri görməyi, qardaş Azərbaycanın Qarabağını azad görməyi arzulayırdıq".

Bu sözləri Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edən və ikimərtəbəliı ev tikdirən türk iş adamı Sebahettin Civelek Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və Rauf Arifoğlunun təşəbbüsü ilə keçirilən ənənəvi səhər ziyafətində deyib. Sebahettin Civelek qardaş ölkələr olan Azərbaycan və Türkiyənin hər zaman birgəlik nümayiş etdirdiyini vurğulayıb:

"Bir çoxları Azərbaycanın nə vaxtsa Qarabağ torpaqlarını işğaldan azad edəcəyi haqda fikirlərə bir utopiya kimi yanaşırdı. Amma biz buna əmin idik, inanırdıq və Azərbaycan öz ərazilərini düşməndən xilas etdi.

Türk milləti tarix boyunca heç zaman digər millətlərə zülm etməyib, əksinə, məzlumların, əzilmişlərin yanında olub. Türk millətlərinin birliyi İslam aləminin də qurtuluşuna səbəb olacağını düşünürəm.
Bizim heç kəsin torpaqlarında gözümüz yoxdur və işğal olunan torpaqlarımızı geri almaq haqqımız var. İnşallah ki, Azərbaycan Xankəndi də daxil olmaqla, digər ərazilərini işğaldan azad edəcək".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR