İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirli Ərdoğanın prezident seçilməsi münasibətilə qurban kəsdi - FOTO

"Cənab Prezidentimizin yenidən seçilməsindən sonra Azərbaycanda qurbanlar kəsildi, dualar edildi. Ölkəmizdə yaşanan dağıdıcı zəlzələ zamanı Azərbaycanda yardım səfərbərliyinin simvoluna çevrilən Sərvər Bəşirli qardaşımız və qohum-əqrəbaları da qurbanlar kəsdilər".

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı özünün tvitter səhifəsində yazıb.

Xatırladaq ki, Sərvər Bəşirlinin köhnə avtomobili ilə yardım apararkən çəkilmiş fotoları həm Azərbaycan, həm də Türkiyə mediasında gündəm olmuşdu. Bundan sonra "Yeni Müsavat" qəzetinin vasitəçiliyi ilə türkiyəli iş adamı Sebahettin Civelek Sərvər Bəşirliyə yeni avtomobil və ev hədiyyə edib. Hazırda S.Bəşirliyə hədiyyə edilən evdə tamamlanma işləri aparılır. 

cahid.png (469 KB)

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR