İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərurun polis rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT

Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Polis Şöbəsinə rəisi işdən azad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Nəsib İsmayılov Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılıb. Başqa bir əmrlə Nəsib İsmayılov Naxçıvan Daxili İşlər Nazirliyində müvafiq vəzifəyə təyin edilib.

Naxçıvan daxili işlər nazirinin digər əmri ilə polis polkovniki Orxan Axundzadə Şərur Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, O.Axundzadə bundan öncə Bakının Səbail Rayon Polis Şöbəsində çalışıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR