İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şərtlərin razılaşdırılması sülh müqaviləsi üçün yetərli deyil, Ermənistan təzminat ödəməlidir!"

Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş- Azərbaycanla Ermənistan uzun müddət idi ki, bu saziş layihəsi üzərində danışıqlar aparırdı. Martın 13-də həm rəsmi Bakı, həm də rəsmi İrəvan danışıqların yekunlaşdığını, mətnin bütün maddələrinin razılaşdırıldığını bəyan etdi.

Məlum olduğu kimi, saziş layihəsi 17 maddədən ibarətdir. 13 mart bəyanatlarına qədər 15 maddə razılaşdırılmış, 2 maddə isə açıq qalmışdı.

Azərbaycanla Ermənistanın razılaşdırdığı son iki maddədə nə deyilir?

Politoloq Zeynal Əmrəliyev mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Ermənistan artıq Azərbaycanın tələbini qəbul etdiyini açıqlayıb. Bu, əslində, gözlənilən idi. Fransadan ümidini üzdükdən sonra Co Baydenin hakimiyyətinin sonuna yaxın ABŞ-la strateji tərəfdaşlıq haqqında müqavilə bağladı. Ancaq İrəvan Donald Trampdan gözlədiyi dəstəyi ala bilmədi. Bu günə qədər ABŞ-ın yeni hakimiyyətinin Ermənistanla bağlı konkret fikir ifadə etməməsi, Vaşinqtona səfər edərkən Nikol Paşinyanın Prezident Tramp tərəfindən qəbul edilməməsi bu ölkəyə olan münasibəti ortaya qoydu.

Azərbaycan, NATO - nun əsas marağında olan ölkələrdəndir » Newscenter.az

Bu günə qədər müzakirəyə səbəb olan maddələrlə bağlı ictimaiyyət əsaslı bilgiyə malik olmasa da, müəyyən təxminlər var idi. Ehtimal ki, bunlardan biri tərəflərin beynəlxalq miqyasda bir-birini ittiham etməkdən çəkinməsi ilə bağlı olub. Ermənistan əsassız olaraq Azərbaycana qarşı iddialarla çıxış edir. Bu isə etimad mühitini zədələyir.

İkinci məsələ isə Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinə son verilməsidir. Bu missiya, faktiki olaraq, təxribatla məşğuldur. Onların məqsədi heç də sülh yaratmaq yox, Azərbaycan əleyhinə kəşfiyyat məlumatları əldə etməkdir. Bu, yolverilməzdir. Ermənistan bölgəyə üçüncü qüvvələri gətirməklə vəziyyəti gərginləşdirməyə çalışır. İrəvan bu məsələni sonraya saxlamaq istəyir. Azərbaycanın tələbi isə budur ki, bu məsələlər müqavilə imzalanmadan həll edilsin.

Ehtimal ki, maddələrdən biri bu idi. Ancaq bu şərtlərin qəbul edilməsi də sülh müqaviləsinin imzalanması üçün yetərli deyil. Ermənistan bu günə qədər etdiklərinə görə cavab verməli, təzminat ödəməlidir. 30 illik işğal Azərbaycana çox ağır ziyan vurub. Biz yaşananları, Xocalı faciəsini unuda bilmərik.

Həmçinin müqavilənin bütün cümlələri dəqiq işlənməlidir. Burada düzgün olmayan hər hansı ifadədən Ermənistan gələcəkdə öz məqsədləri üçün istifadə edə bilər."

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR