Onlayn ictimai-siyasi qəzet
“Keçən il sertifikasiya imtahanından keçən müəllimlər məzuniyyət pulunu artım ilə birgə almalıdır”.
Bu sözləri Publika.az-a sertifikasiyada uğur qazanan müəllimlərin məzuniyyət pulunun necə hesablanacağını şərh edən təhsil eksperti Elçin Əfəndiyev deyib.
Ekspert bildirib ki, artım bu il sertifikasiya imtahanından keçən müəllimlərə şamil oluna bilməz:
“Biz bilirik ki, məzuniyyət pulu iyun ayı üçün nəzərdə tutulur. Builki imtahan prosesi də iyun ayına təsadüf etdiyi üçün əlbəttə ki, onların məzuniyyət puluna sertifikasiya əlavə edilə bilməz. Sertifikasiya növbəti tədris ilindən, müəllimlər dərsə başladıqları zaman onların əməkhaqlarının üzərinə əlavə ediləcək. Kimlər ki, 51 baldan yuxarı toplayıb 35 faiz, 30 baldan yuxarı toplayanların əməkhaqqına isə 10 faiz əlavə olunacaq. Həmin vaxta qədər apellyasiya yekunlaşsa, qərar qəbul olunsa ki, bu müəllim sertifikasiyadan keçib o zaman hesablana bilər. Onların məzuniyyət dövrü 56 gündür”.
Elçin Əfəndiyev əlavə edib ki, sertifikasiyada uğur qazanan müəllimlərin məzuniyyət pulu təxminən avqust ayının sonlarına qədər hesablanıb verilə bilər: “Həmin dövrdə müəllimlərin sertifikasiyadan əldə etdikləri artım nəzərə alınacaq”.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ