İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sərnişin təyyarəsi quş sürüsü ilə qarşılaşa bilər” - İLGİNC DETAL

“Bizim ailənin üzvü Rəşad Atakişiyev də təyyarə qəzası nəticəsində şəhid olub. O, həlak olan zaman idarə etdiyi MİQ-29 təyyarəsinin də quş sürüsü ilə toqquşduğu deyilirdi. Hələ də inana bilmirəm ki, Rəşadın təyyarəsini quş sürüsü sıradan çıxarsın. Rəşadın təyyarəsinin quş sürüsü ilə qarşılaşması inandırıcı deyil”.

Musavat.com xəbər verir ki, bunu politoloq Qabil Hüseynli kürəkəni, hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevin təyyarə qəzasında şəhid olmasından danışarkən deyib.

1651745416_qabil-huseynov.jpg (56 KB)

“Rəşad sürətli qırıcı təyyarənin sürücüsü idi. Qırıcı təyyarənin gövdəsi və şüşəsi ilə sərnişin təyyarəsi eyni deyil. Sərnişin təyyarəsinin quş sürüsü ilə qarşılaşma ehtimalı daha çoxdur. Rəşad isə gecə 12-yə işləmiş uçuş edib. Həmin vaxtlar Xəzər üzərində quşlar olmur, onlar yatır. Bakı-Qroznı reysini yerinə yetirən təyyarə isə quşların oyaq vaxtı baş verib. Ona görə də belə bir ehtimal qəbul olunandır”, - o bildirib.

Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

03 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR