İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyanın müavini bir sıra cinayətlərdə ittiham olunur

Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.

“Report” xəbər verir ki, bu barədə vəkil Tiqran Atanesyan jurnalistlərə məlumat verib.

“Aşotyan Cinayət Məcəlləsinin gözlənilməz maddələri - ağır nəticələrə gətirib çıxaran vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə ittiham edilib”, - Atanesyan bildirib.

Onun sözlərinə görə, cinayət işi tibb universitetinin daşınmaz əmlak alması ilə bağlıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR