İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddəki İNSİDENT təhrikçi davranışın nəticəsidir - ŞƏRH

"Azərbaycan-Ermənistan münasibətlərinə qarışan olmasa, məsələlər normal məcrasında həll oluna bilər. Təki Fransa və başqa ölkələr öz maraqları çərçivəsində iki dövlət arasında gərginliyi artırmaq istəməsin. Son zamanlar Cənubi Qafqazda möhkəmlənmək istəyən Fransanın Ermənistanı bəzi yanlış addımlara təhrik etməsi heç kəsə sirr deyil".

Bu fikirləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

elcin.jpg (272 KB)

O bildirib ki, Azərbaycan və Ermənistan arasında üçüncü qüvvələrin iştirakı və təhriki olmadan razılığın əldə olunması tamamilə mümkündür.

Elçin Mirzəbəyli vurğulayıb ki, ötən ilin sonunda iki ölkə arasında bir sıra razılaşmaların birbaşa təmaslar yolu ilə əldə olunması da bunu sübuta yetirir:

"Azərbaycan iki ölkə arasında proseslərin tənzimlənməsi prosesində vasitəçiyə ehtiyacın olmadığını vurğulayanda tamamilə haqlı mövqe ifadə edir, eyni zamanda təcrübəyə istinad edir. Bu aspektdən yanaşdıqda indiki halda prosesdə təhrikçi ölkə kimi əsasən Fransa nəzərə çarpır. Fransanın təhriki ilə Ermənistanın silahlandırılması istiqamətində addımlar atılır. Eyni zamanda Fransanın təhriki nəticəsində Ermənistan şərti sərhəddə atəşkəsi pozmaqla münaqişə vəziyyəti, gərginlik yaratmağa, bu gərginlikdən istifadə edərək guya müdafiəyə ehtiyacı olduğunu önə çəkməyə cəhd göstərir".

Ekspert bildirib ki, bu günə qədər Fransanın gündəliyində Cənubi Qafqazla bağlı 2 əsas tezis var:

"Bunlardan biri Azərbaycanın müharibəyə hazırlaşması, digəri isə Ermənistanın müdafiəyə ehtiyacı olması ilə bağlıdır. Bu tezislər məqsədyönlü şəkildə qabardılır ki, Ermənistanı gərginliyə təhrik etməklə prosesin stimullaşdırılması və tesizlərin gücləndirilməsi üçün bəhanələr formalaşdırılsın. İndiki şəraitdə bütün insidentlər bu təhrikçi davranışların nəticəsində baş verib. Azərbaycan sərhədçisinin yaralanması ilə nəticələnən insident, Ermənistan tərəfinin etiraf etmək məcburiyyətində qalması, bununla bağlı cinayət işi açmağa məcbur olması Fransanın bu istiqamətdəki bəhanələrindən birini faktiki olaraq sıradan çıxardı. Eyni zamanda Azərbaycanın Ermənistanın təhrikçi mövqedə dayanması ilə bağlı səsləndirdiyi fikirlərin nə qədər həqiqət olduğunu bir daha ortaya qoydu". 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR