İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrovun müavininin dəbdəbəli həyatı və qazandığı milyonlar...

Son illərdə Ukrayna mövzusu ilə məşğul olan Sergey Lavrovun ən yaxın adamının dəbdəbəli həyatı ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu rəsmi maaşı ilə müqayisə olunmayan pullar qazandığı məlum olan Xarici işlər nazirliyinin katibi Yevgeni İvanovdur.

Rusiyanın müxalif mediasının xəbərinə görə, 5 il ərzində İvanovlar ailəsi müxtəlif dəbdəbələrə yarım milyard rubldan çox pul xərcləyiblər. 2019-cu ildə Yevgeni İvanov təxminən 200 milyon rubl dəyərində (təxminən 2 milyon 500 min dollar) 202 kv.metrlik mənzil alıb. Elə həmin il onun 147 milyon rubl (1,8 milyon ABŞ dolları) pul qazandığı bilinib. Halbuki XİN müavini ildə 8 milyon rubl rəsmi maaş alır.

Rusiya Xarici İşlər Nazirliyinin müavinin qızının lüks həyatı yüz milyonlarla pulla ölçülür. Onun eyni anda beş avtomobili, reaktiv su motosikleti və qayığı var. Amma Olqanın sevimli məşğuliyyəti atçılıqdır. 5 il ərzində Olqa İvanova atlara 171 milyon rubldan (2 milyon ABŞ dolları) çox pul xərcləyib.

Lavrovun sevgilisi olduğu iddia edilən Svetlana Polyakova da İvanovlar ailəsinə yaxındır. Gələn informasiyalara əsasən o, Rusiya Federasiyasının xarici işlər nazirinin müavininin ailəsi ilə kölgə biznesi ilə məşğuldur. Bu, həm də İvanovun birdən-birə artan gəlirləri ilə bağlıdır.

Ailə strateji statusu və regional hakimiyyət orqanlarının dəstəyi sayəsində bir neçə şirkətə sahibdir. Onların arasında Volqoqradda taxta tədarükü məşğul olan "Biolesprom" şirkətinin adını çəkmək olar.

Ümumiyyətlə, İvanovlar ailəsinin tarixi kökləri maraq doğurur. 80 ildir ki, bu ailə ölkənin ali rəhbərliyi tərəfindən himayə olunur. 1940-cı illərdə Stalin İvanovun DTK generalı olan babasına mərkəzdə, Tverskaya küçəsində mənzil verib. İndi də Sergey Lavrov onu himayə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR