İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrov Fransanı Afrikada “qanlı cinayətlər” törətməkdə təqsirləndirib

Sergey Lavrov Fransanı Afrikada çoxsaylı “qanlı cinayətlər” törətməkdə təqsirləndirib.

AZƏRTAC xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bu fikri səsləndirib.

O deyib ki, Afrikada çoxsaylı qanlı cinayətlər törədən və indi də bu qitəyə özünün “arxa həyəti” kimi baxan Fransa rəsmi Moskvanı təqsirləndirir. Rusiya XİN başçısı Fransanın bu davranışını “kliniki hal” adlandırıb.

Qeyd edək ki, Fransa XİN Rusiyanı Afrikada neokolonial siyasət aparmaqda təqsirləndirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR