İnsanlara hürriyət, millətlərə istiqlal!

“SEPAH yalnız bir dildə başa düşür: təzyiq və güclü rəhbərlik”- Molla rejiminə qarşı SƏRT mesajlar

 

Molla rejiminin insan haqlarına zidd siyasətinə qarşı olaraq bir sıra xarici dövlət nümayəndələri, tanınmış şəxslər etiraz mesajları yaymaqda davam edir.

Musavat.com xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Keti Menninq tvitterdə bunları yazıb:

“İllərdir ki, SEPAH insan haqlarının pozulmasını və terrorçu fəaliyyətləri dəstəkləyib və bu fəaliyyətlərdə iştirak edib. Bu gün konqresmenlər Tom Kin və Bill Kitinq ilə birlikdə 130-dan çox üzvdən ibarət ikipartiyalı qrupa rəhbərlik edərək Aİ-ni SEPAH-ı terrorçu təşkilat kimi tanımağa çağırdıq”;

“Center for International Policy” beyin mərkəzinin tədqiqatçısı Sina Tusi:

“Dəhşətdir. Xarici siyasət üzrə təhlilçi Araş Ari Arameş “İran International” kanalında çıxış edir və İranın nüvə obyektlərinə hava zərbələri endirməyə çağırır. O, diplomatiya əleyhdarı “İran şahinləri”nin əsl üzünü ifşa edir: müharibə və dağıntı”. O, tətbiq edilən sanksiyaların uğursuzluqla nəticələndiyini və bunun yeganə yol olduğunu iddia edir. Bu, faktların açıq şəkildə təhrif edilməsidir. Sanksiyalar 2015-ci ildə dəhşətli müharibənin qarşısını alan və İran xalqının ehtiyac duyduğu iqtisadi yardımı təmin edən nüvə sazişinin imzalanmasında mühüm rol oynadı”;

İran əsilli britaniyalı jurnalist Vahid Beheşti: “İsveç Parlamentinin üzvü Alireza Axondi Birləşmiş Krallığın Baş naziri Rişi Sunaka Birləşmiş Krallıq hökumətini təcili olaraq SEPAH-ı terror təşkilatı elan etməyə çağıran açıq məktub ünvanlayıb. SEPAH yalnız bir dildə başa düşür: təzyiq və güclü rəhbərlik. Birləşmiş Krallıq bizim təhlükəsizliyimizi qorumaq üçün dərhal hərəkətə keçməlidir”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR