Onlayn ictimai-siyasi qəzet
Dünən Tehranın şərqində SEPAH-a məxsus hərbi obyektlərdən birində yanğın, daha sonra isə partlayış baş verib.
Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, hadisə nəticəsində SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin zabiti ölüb, daha 10 nəfər yaralanıb.
Qeyd olunub ki, yaralılardan dördü ambulator müalicə alıb, 6-sı isə xəstəxanaya yerləşdirilib.
Yanğının və partlayışın səbəbi haqqında məlumat verilmir.
Musavat.com
29 Aprel 2025
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ