İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! Ukraynanın ŞOK PLANI deşifrə oldu- PKK terrorçuları ilə...

Ukrayna hərbi kəşfiyyatı Suriyada terror təşkilatı PKK/YPG-nin əsas elementi olan SDQ ilə buradakı rus əsgərlərinə gizli hücum planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Amerikanın “Washington Post” (WP) nəşri ABŞ Müdafiə Nazirliyindən sızan sənədlərə əsasən məlumat yayıb.

İddialara görə, ötən ilin payızından pilotsuz təyyarələrlə Moskvanın Suriyadakı maraqlarına yönəlmiş hücum planları hazırlanıb. Rusiyanın hücumlarına məruz qalan Ukrayna bununla Moskvanın diqqətini Suriyaya yönəltmək məqsədi güdüb.

PKK/YPG isə hərbi təlim, hava hücumundan müdafiə sistemi, Ukraynaya dəstəyin məxfiliyi və rusların SDQ-nin nəzarətində olan ərazilərə atəş açmaması üçün şərait yaradacağı barədə söz verib.

“Washington Post”un məlumatına görə, plan barədə məlumatlı olan Türkiyə rəsmiləri Ukraynaya xəbərdarlıq edib ki, Suriya müxalifətinin nəzarətində olan ərazilərdən belə bir hücum üçün istifadə etməsin. Bildirilib ki, Ukrayna lideri Volodimir Zelenski ötən ilin dekabrında bu fikrini dəyişib. Zelenskinin qərarının dəyişməsinə ABŞ-ın təzyiqi, Ukraynaya PUA-ların məhdud tədarükü və bu cür hücumların təsirli olub-olmayacağının qeyri-müəyyənliyi səbəb olub.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR