Onlayn ictimai-siyasi qəzet
Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcək.
Musavat.com bu barədə "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir.
Kolumbiya Prezidenti Qustavo Petro kanala müsahibəsində bildirib ki, Fələstində və regionda baş verənlər təkcə müharibə deyil, əksinə, şimal ölkələrindən bütün cənuba təhdid mesajıdır.
O, qeyd edib ki, Boqota Qəzza münaqişəsi ilə bağlı mövqeyinə görə təzyiqlə üzləşib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ