Onlayn ictimai-siyasi qəzet
"İran Amerika seçkilərindən əvvəl və yaxın bir neçə gün ərzində İsrailə qarşı şiddətli və ağrılı hücuma keçəcək".
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, bu iddianı CNN yüksək rütbəli bir İran rəsmisinə əsaslanaraq yayımlayıb.
Ağ Ev isə bəyan edib ki, əgər Tehran İsrailin hücumlarına cavab verərsə, ABŞ İrana qarşı hər hansı yeni hücumda Təl-Əvivə tam hərbi dəstək göstərəcək.
Xatırladaq ki, oktyabrın 26-da İsrail İrana genişmiqyaslı hava zərbələri endirərək bir sıra strateji obyektləri hədəfə alıb. İran prezidenti Məsud Pezeşkian bu vəziyyətə reaksiya verərək bildirib ki, İranın cavabı "balanslı və düşünülmüş" olacaq.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ