İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON AÇIQLAMA - Ukrayna və Avropa danışıqlarda yer almayacaq

ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Kremlin rəhbəri Vladimir Putinlə telefonla danışdığını və Ukrayna ilə sülh danışıqlarının dərhal başlamalı olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Nəşr hərbi ekspert Karlo Masala ilə telefon danışığının mümkün nəticələrini müzakirə edib.

O qeyd edib ki, Trampın Ukrayna üzrə sülh danışıqlarına başlamaq niyyəti ilə bağlı bəyanatı təkcə Avropa üçün deyil, həm də Zelenski üçün şok olub.

O həmçinin əlavə edib ki, proseslər onların iştirakı olmadan irəliləyir:

"Avropalılar danışıqlar masasında yer almayacaq. Onlar sadəcə nəticəni qəbul etməli olacaqlar. Təəssüf ki, bu, Ukraynaya da aiddir.”

Ekspertin fikrincə, Rusiya prezidenti Vladimir Putin işğal etdiyi əraziləri əlində saxlamaq niyyətindədir. Bundan əlavə, o, Rusiyaya qarşı iqtisadi təzyiqlərin artmasının qarşısını almağa çalışır, çünki bu, Moskvaya güzəştə getmək məcburiyyəti yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR