İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sənin ağlamağın artistlikdir" - Pənah Hüseyndən efirdə kövrələn Nemət Pənahlıya SƏRT REPLİKA

Aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində AXP sədri Pənah Hüseyn və Milli Azadlıq Hərəkatının öncüllərindən Nemət Pənahlı üz-üzə gəlib. 

Musavat.com xəbər verir ki, Nemət Pənahlı verilişdə eks Baş nazir Surət Hüseynovun ölümündən danışıb. O, qeyd edib ki, Surət Hüseyovun dəfnində Azərbaycan və Türkiyə bayraqlarının olması, Azərbaycan himninin oxunması onun dövlətçiliyə bağlılığı ilə əlaqəlidir və himn oxunanda kövrəlib.

Danışarkən efirdə də kövrələn Nemət Pənahlıya Pənah Hüseyn özünəməxsus replika ilə cavab verib.

"Nemət Pənahlı son illərdə ümumiyyətlə kövrəlir. Xatırlayıram 2020-ci ildə hərbi paradda da ağladı", - Pənah Hüseyn deyib.

Bu zaman tərəflər arasında anlaşmazlıq yaranıb. Pənah Hüseyn Nemət Pənahlının ağlamasına artistlik kimi baxdığını bildirib. 

Ətraflı videoda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR