İnsanlara hürriyət, millətlərə istiqlal!

Şengen zonası böyüyür - 27 ölkəni əhatə edəcək

Avropa İttifaqının icra orqanı – Avropa Komissiyası Bolqarıstan, Xorvatiya və Rumıniyanın Şengen zonasına alınması təklifi verib. Təklifə ali orqan – Avropa İttifaqı Şurası baxacaq.

Əsası 1957-ci ildə qoyulan Avropa İttifaqı 27 ölkəni birləşdirir.

Novator.az bildirir ki, dövlət sərhədlərindən asan keçid sistemi olan Şengen zonasına hazırda Avropa İttifaqının 22 ölkəsi (Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan), həmçinin İslandiya, İsveçrə, Lixtenşteyn, Norveç daxildir.

Şengen zonasının əsasını 1985-ci il iyunun 14-ü Almaniya, Belçika, Fransa, Lüksemburq və Niderland qoyub. Sərhəd rejiminin yumşaldılmasını nəzərdə tutan saziş Lüksemburqun Şengen kəndi yaxınlığında imzalanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR