İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “könüllü ordu” yaradır - Şoyqu AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin mühüm obyektlərin mühafizəsini gücləndirmək məqsədilə könüllü dəstələrin yaradılması ideyasını dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu məlumat verib.

Onun sözlərinə görə, təhlükələrin aradan qaldırılması istiqamətində həm federal, həm də regional səviyyədə fəal iş aparılır:

“Bir sıra region rəhbərləri, o cümlədən Nijni Novqorod vilayətinin başçısı xüsusilə təhlükəli obyektlərin qorunmasını gücləndirmək üçün könüllü birləşmələrin yaradılmasını təklif ediblər. Bu təşəbbüsləri dövlət başçısı dəstəkləyib”, – deyə Şoyqu vacib obyektlərin terror təhdidlərindən qorunması ilə bağlı keçirilən tədbirdə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR