İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənaye zonasında partlayış: 5 nəfər öldü

Çinin Henan əyalətində sənaye zonasında baş vermiş partlayış nəticəsində ən azı beş nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə Yunçen şəhərindəki “Qaoçjuan” sənaye parkında baş verib. Partlayışın səbəbi “Zhongrui Nonferrous” şirkətinin zavodunda alüminium külçələrin hazırlanması üçün nəzərdə tutulmuş avadanlığın nasazlığı olub.

Qeyd olunub ki, polis obyektin işinə cavabdeh olan şəxsləri saxlayıb.

Hadisənin təfərrüatları araşdırılır, istintaq aparılır./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR