Onlayn ictimai-siyasi qəzet
Şəmkir sakininin evdə meyiti tapılıb.
Hadisə rayonun Yeni Həyat kəndində baş verib. Bildirilib ki, 66 yaşlı Elçin Əliyev huşunu itirərək qaz sobasının üzərinə yıxılıb və dünyasını dəyişib. Qonşusunun sözlərinə görə, mərhumun həyat yoldaşı işdən qayıdandan sonra ərinin meyiti ilə qarşılaşıb:
“Yoldaşı istixanada işləyir. Axşam gələndə qışqırdı ki, Elçin ölüb”.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ