Onlayn ictimai-siyasi qəzet
Şəmkir rayonunda ağır yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərxan kənd ərazisində qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 1979-cu il təvəllüdlü E.Süleymanov, 1972-ci il təvəllüdlü G.Yulçuyev, 1971-ci il təvəllüdlü Z.Məmmədov, 1991-ci il təvəllüdlü O.Məmmədov və 1983-cü il təvəllüdlü N.Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ