Onlayn ictimai-siyasi qəzet
Özbəkistan parlamentinin qanunvericilik palatasının sədr müavini Əlişir Kadırov Səmərqənd vilayətinin cinayət məhkəməsinin SSRİ-nin bərpasını təşviq edən və ölkənin konstitusiya quruluşuna zidd hərəkətə görə 74 yaşlı təqaüdçüyə çıxardığı hökmə münasibət bildirib.
O, özünün Teleqram kanalında yazıb ki, məhkəmənin hökmünü tam dəstəkləyir: “Özbək xalqı sovet hakimiyyəti tərəfindən alçaldılıb və hələ də keçmişin ağır yaralarını sağaldır. Millətləri, dəyərləri və inancları rədd edən sovet ideologiyası təkcə özbək xalqına deyil, bütün bəşəriyyətə fəlakət gətirib və onun qalıqları indi də vurmaqda davam edir”, - Kadırov yazıb.
Əlişir Kadırov tarixin bu dövrünün simvolları kimi sovet ideologiyasının təbliğatının da qanunvericilik səviyyəsində qadağan olunmasının tərəfdarı olduğunu bildirib.
“Əlbəttə, tariximizin bu kədərli dövrü təhlil edilməli, müzakirə edilməli, lakin onu bəyənmək və ya təbliğ etməkı təkcə konstitusiya quruluşuna qarşı cinayət deyil, həm də xalqımıza, qanlı rejimin qurbanı olmuş əcdadlarımıza xəyanət kimi qiymətləndirilməlidir. ", - Kadırov əlavə edib.
Yada salaq ki, bu açıqlamaya səbəb 74 yaşlı təqaüdçünü 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edən məhkəmə olub. “Vətənpərvər” təşkilatının təqaüdə çıxmış keçmiş əməkdaşı “Özbəkistan SSR/SSRİ” TG qrupunun üzvü olub, orada Özbəkistanın dövlət quruluşunu tənqid edən və SSRİ-nin bərpasına çağıran müxtəlif materiallar dərc edib.
Təqsirləndirilən şəxs həmçinin müxtəlif tarixi hadisələri müzakirə etdiyi YouTube qrupunun üzvü olub. Keçən il o, hətta Moskvaya gedib və orada SSRİ-ni bərpa etmək və Stalin dövrünün konstitusiyasına qayıtmaq planları olan gizli təşkilat yaradan həmfikirlərlə görüşüb. Orada təqaüdçünü Səmərqənd rayonuna məsul nümayəndə təyin ediblər.
TG kanalında o, hərtərəfli məhkəmə-siyasi linqvistik ekspertizasının mövcud dövlət quruluşunun dəyişdirilməsinə və məhvinə, konstitusiyanın pozulmasına çağıran ideyalar kimi tanındığı materiallar yerləşdirib.
Məhkəmənin hökmünə əsasən, təqaüdçüyə gecə saatlarında evdən kənarda olmaq, həmçinin Səmərqənd rayonu ərazisindən çıxmaq və internetdən istifadə etmək qadağan edilib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ