Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət və mənimsəmədə təqsirləndirilən sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un məlumatına görə, prosesdə hakim bildirib ki, Səlim Müslümov zərərçəkmişlərə dəymiş ziyanı ödəməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməyib.
Təqsirləndirilən şəxsin vəkilləri bunun üçün məhkəmədən vaxt istəyib.
Proses yanvarın 17-də davam etdiriləcək.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur. O, 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Samir Əli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ