Onlayn ictimai-siyasi qəzet
Tiktoker Ləman Vəliyevanın Əməkdar artist Aygün Bəylərin ünvanına xoşaqəlməz və nalayiq ifadələr səsləndirməsi müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, mərhumun ailəsi sosial şəbəkə hesabı vasitəsilə DİN-ə şikayət müraciəti paylaşıb.
Mövzuya müğənni Səidə Sultan da səssiz qalmayıb. O, sosial şəbəkə hesabında A. Bəylərə qarşı atılan addımı tənqid edib:
“Gərək belə məqamlarda Azərbaycan musiqisini təhqir edənlərin cavabını verək. Çünki Aygün Bəylər Azərbaycan musiqisinin incilərindən biridir. Sən Aygün Bəyləri təhqir etməklə, musiqimizi təhqir etmiş oldun. Hər kəs yerini bilsin. Lazım gələndə bir olub böyük sənətkarlara tərbiyəsizlik edənləri susdurmağa da hazırıq”.
Xatırladaq ki, ötən gecə L.Vəliyeva sosial şəbəkə hesabında videomüraciət yayımlayaraq Aygün Bəylərin ailəsindən və fanatlarından üzr istəyib.
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ