Onlayn ictimai-siyasi qəzet
Tanınmış şair Şəhriyar del Gerani Azərbaycan Yazıçılar Birliyindən (AYB) və üzv olduğu Yeni Azərbaycan Partiyasından (YAP) istefa verdiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə şair sosial şəbəkədə paylaşım edib.
Məlumatı “YAP-dan istefa və ya Bioqrafiya şeiri” adı ilə paylaşan Şəhriyar del Gerani yaşayışından şikayətlənib.
“Kirayədə yaşayıram 19 ildir.
Küçədə yaşamıram
şükür,
amma
evim də yoxdur.
Bu şeirlə çıxıram -
Azərbaycan Yazıçılar Birliyindən! - dən.
Çıxıram
Yeni Azərbaycan Partiyası üzvlüyündən!”
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ