Onlayn ictimai-siyasi qəzet
Uzun zamandır efirlərdən uzaq olan Xalq artisti Nisə Qasımovanın yeni görüntüsü yayılıb.
Musavat.com xəbər verir ki, 71 yaşlı sənətçinin üzündəki dəyişiklik diqqət çəkib.
Nisə Qasımovanın artıq çəki alması da müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Xalq artisti Nisə Qasımova uzun fasilədən sonra rejissor Nail Naiboğlunun “Klip kimi ömür” adlı gecəsində səhnəyə çıxmışdı.
“Demişdim daha heç yerdə görünməyəcəm, səhnəyə çıxmayacam. Amma Nail məni razı saldı. Tamaşaçı alqışı üçün darıxmışdım. Bu qədər insanın məni sevdiyini bilmirdim”, - deyərək səhnədən uzaqlaşdığını bildirmişdi.
Könül
Musavat.com
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ