İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb – FƏRMAN

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə” dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.

Nazirliyin vəzifələri sırasına orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq da əlavə edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR