İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyindən maarifləndirici aksiya - HƏRƏKƏTDƏ OL!

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının birgə əməkdaşlığı ilə 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş “Hərəkətdə ol!” şüarı ilə maarifləndirici aksiya təşkil edilib.

Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Polis Akademiyasının zabit və kursantlarının iştirakı ilə keçirilən aksiyanın təşkilində əsas məqsəd əhalini bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağa, fəal həyat tərzi keçirməyə səsləmək olub.

"Sağlam həyat tərzi keçirmək, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyə hər gün vaxt ayırmaq barədə aksiya iştirakçıları ilə maarifləndirici söhbət aparılıb, onların boyu, çəkisi ölçülüb.

Maarifləndirici aksiya zamanı bir daha vurğulanıb ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır. Sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyi, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyi bildirilib, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin əhəmiyyəti tövsiyə olunub.

Sonda aksiya iştirakçılarına İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar paylanılıb" - məlumatda qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR