Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bununla əlaqədar respublikanın aidiyyatı qurumları tərəfindən müvafiq tədbirlər təşkil olunur. Belə ki, martın 14-də Səhiyyə Nazirliyində COP-29-da səhiyyə mövzusuna dair Azərbaycanın bir neçə dövlət qurumu ilə ÜST-nin səhiyyə və iqlim məsələləri üzrə məsul şəxslər və ekspertləri ilə görüş keçirilib.
Görüşdə COP-29 danışıqlar qrupunun üzvləri olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsul şəxsləri - İctimai Səhiyyə, Ətraf Mühit və Sosial Müəyyənedicilər Departamentinin direktoru Mariya Neyra, Avropa üzrə Regional Ofisinin Yoluxucu Xəstəliklər, Ətraf Mühit və Sağlamlıq Departamentinin direktoru Robb Batlerin və ÜST-nin digər əməkdaşları, həmçinin Azərbaycan Respublikası Prezident Administrasiyası, Səhiyyə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri iştirak ediblər.
Toplantıda çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov qlobal səhiyyənin COP çərçivəsində prioritet olmasını vurğulayıb. Onun sözlərinə görə, qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə, eyni zamanda qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməsində mühüm rola malikdir.
COP-29 danışıqlar qrupunun üzvləri noyabrda Azərbaycanda təşkil olunacaq tədbirin ölkəmiz və region üçün mahiyyətini və vacibliyini qeyd ediblər. Onların sözlərinə görə, COP29-un bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi respublikamıza olan beynəlxalq etimadın daha bir göstəricisidir.
Sonda mövzu ətrafında faydalı müzakirələr aparılıb.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ