İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid övladları üçün respublikanın müxtəlif yerlərində düşərgələr təşkil edilib

"“Neftçi" Peşəkar Futbol Klubu (PFK), "ASAN Könüllüləri" Təşkilatı və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi keçirilib".

Musavat.com xəbər verir ki, fondun rəhbəri E.Hüseynov qeyd edib ki, şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaş aralığında olan övladları üçün nəzərdə tutulmuş düşərgənin açılış mərasimi 2021-ci il 14 iyun tarixində baş tutub: "16 iyunda “YAŞAT” Fondunun və “Neftçi" Peşəkar Futbol Klubunun (PFK) birgə təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün "IV Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib. 2022-ci ilin 25 iyun tarixinədək davam edən layihədə 6-12 yaş aralığındakı 104 şəhid övladının iştirakı baş tutub.

Layihə çərçivəsində iştirakçılar qruplara bölünürlər. Onlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir, onlara peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilir, kino saatları təşkil olunur.

Düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediləcəklər. Layihənin media dəstəkçiləri “ASAN Radio” və “Neftçi TV”dir. “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci ilin 12 iyul tarixindən 2021-ci ilin 28 avqust tarixinədək 3 fərqli yaş qrupunu əhatə edən şəhid övladları üçün Lənkəran şəhərində, "Springs Wellness Resort” hotelində ümumilikdə 211 uşağı əhatə etməklə 6 həftə ərzində düşərgə təşkil edilib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları həyata keçirilib. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.

Şəhid övladları üçün 2-ci “YAŞAT” düşərgəsi 2022-ci ilin 4 iyul tarixindən avqust ayının sonuna qədər “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “Qalaaltı Hotel & Spa”, “PMD Hospitality”-nin baş sponsorluğu, “Paşa Bank”, “Rabitə Bank”, “NAR”mobile, “Bravo”-nun sponsorluğu ilə keçirilib. Ümumilikdə 300-dən çox uşağı əhatə etməklə 6 həftə ərzində düşərgə təşkil edilib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 5 gecə 6 günü əhatə edib. Düşərgə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladlarını əhatə edib. Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur. “YAŞAT” Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə 2022-ci ilin 27 may-30 may tarixlərində Qəbələdə “YAŞAT” idman düşərgəsi keçirilib. Layihədə Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidən olan, idmana marağı olan şəhid övladlarını əhatə edib. Layihə çərçivəsində 8-13 yaş aralığındakı 22 şəhid övladı Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvando, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb olunublar. Eyni zamanda onlar Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxmışdırlar. Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, idmana marağı artırmaq, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.

2022-ci ilin 28 oktyabr tarixində “YAŞAT” Fondunun, Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı, “SİRAB” şirkətinin sponsorluğu ilə “YAŞAT” payız düşərgəsinə start verilib. 2022-ci il 28-31 oktyabr tarixini əhatə edən düşərgədə 18-24 yaş aralığında 22 şəhid övladı iştirak edir. Düşərgə müddətində iştirakçılar ekskursiyalar çərçivəsində N saylı hərbi hissəni, Göygölü, Maralgölü və Göygöl şərab zavodunu ziyarət ediblər. Peşəkar skautlar tərəfindən düşərgə həyatının ayrılmaz hissəsi olan çadırların düzgün formada quraşdırılması, oxatma və səmtin təyin edilməsi təlimləri həyata keçirilib. Düşərgənin sonuncu günü bağlanış mərasimi keçirilib, iştirakçılara simvolik hədiyyələr təqdim olunub" .

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR