İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhər evinə gələn kişi arvadını başqası ilə tutdu -Azərbaycanda şok olay

Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Daşqın həyat yoldaşı Naziləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, qısqanclıq zəminində arvadı Nazilə ilə mübahisə edən Daşqın onu yumurqla vurub.

İstintaq orqanı tərəfindən Daşqın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nazilə ilə 2010-cu ildə ailə həyatı qurub: "Birgə nikahdan 3 uşağımız var. 2010-cu ildə ailə qurduqdan sonra Naziləni Yevlax rayonunun kəndində valideynlərimə məxsus evə gəlin aparmışam. Bir müddət orada yaşadıqdan sonra 2020-ci ildə Mingəçevir şəhərində iki otaqlı ev almışam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin sentyabrında ailəsini Mingəçevirdəki iki otaqlı mənzilinə köçürüb: "Azyaşlı uşaqlarımı yaxınlıqdakı 16 saylı tam orta məktəbə qoydum. Ancaq valideyinlərimə məxsus evdə təsərrüfatım olduğu üçün tez-tez oraya baş çəkmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə Yevlax rayonunun kəndində yerləşən təsərrüfatına baş çəkmək üçün gedib: "Səkkiz gün orada davamlı qalaraq təsərrüfatıma nəzarət etdim. Hadisə günü saat 05.00-da Mingəçevir şəhərinə evimə qayıtmaq qərarına gəldim. Həmişə evə gələndə arvadıma zəng edirdim.

Sonuncu dəfə isə birbaşa gəldim, evin blokuna çatanda Naziləyə zəng etdim. Amma telefon bağlı idi. Gecə saatlarında mənzilin qapısını böyük oğlum açdı. Ondan anasının harada olduğunu soruşdum. Qonaq otağında onlardan ayrı yatdığını söylədi. Qonaq otağına girmək istəyəndə həyat yoldaşımın qapını kilidlədiyini gördüm. Otağa eyvandan daxil olmaq üçün dəhlizlə həmin istiqamətə gedəndə eyvanda tanımadığım bir kişinin dayandığını gördüm. Ondan kim olduğunu soruşdum. Bazarda işlədiyini, arvadım çağırdığı üçün bu evə gəldiyini bildirdi.

Pəncərədən evə keçdim. Gördüm, həmin şəxs divanda oturaraq şalvarını geyinir. Ona tərəf gedəndə arvadım stolu üzərimə çevirdi, evdəki yad kişinin qaçmasına yardımçı oldu. Kişi avtomobilə əyləşərək qaçdı. Evdə onun sviteri və ayaqqabısı qaldı. Qonaq otağına daxil oldum, arvadımdan qaçan kişinin kim olduğunu soruşdum, amma cavab ala bilmədim".

Daşqın deyib ki, əsəbləşib və arvadının burun, sifət nahiyələrinə bir neçə yumruq vurub: "Nazilə yıxıldığı yerdən qalxaraq evdən qaçmağa çalışdı. Təpiklə onun qarın nahiyəsinə vurub yenidən yerə yıxdım.

Nazilənin təpiklə sifət nahiyəsinə zərbələr vuran zaman qonşu gəldi, bizi ayırmağa çalışdı. Qonşu məni sakitləşdirəndə Nazilə qaçıb evdən getdi. Mobil telefonla qayınatama zəng edib onu evə çağırdım. Bir qədər sonra Nazilənin ardınca çölə çıxsam da, onu tapa bilmədim. Evə qayıdıb qayınatamı gözlədim.

Təxminən bir saat sonra qayınatam bizə gələrək qızını soruşdu, ona Nazilənin evdən qaçdığını dedim. Qayınatam qızını axtarmaq üçün bayıra çıxdı. Lakin onu heç yerdə tapmadı. Nazilənin itkin düşməsi ilə bağlı həmin gün Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdik".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün arvadı ondan Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və Mingəçevir şəhər polis şöbəsinə şikayət etdiyini öyrənib: "Hesab edirəm ki, Nazilənin əxlaqa zidd hərəkəti nəticəsində əsəblərimi cilovlaya bilməmişəm. Ona görə də əməlimdən peşman deyiləm".

İş üzrə zərərçəkmiş Nazilənin sözlərinə görə, son zamanlar Daşqınla aralarında qısqanclıq zəminində mübahisələr yaranıb: "Daşqın tez-tez evdən çıxaraq valideynlərinə məxsus kənddə yerləşən evdəki təsərrüfata baş çəkmək üçün gedirdi. Günlərlə evə gəlmir, orada qalırdı. Bu səbəbdən tez-tez aramızda mübahisələr yaranırdı.

Sonuncu dəfə yaşadığım evin qonaq otağında yatılı olduğum zaman Daşqın evə gələrək mənimlə cinsi əlaqədə olmaq istədiyini söylədi. Daşqına aylıq qadın xəstəliyim olduğunu izah etdim, onunla belə vəziyyətdə cinsi əlaqədə olmayacağımı bildirdim. Mənimlə cinsi əlaqədə ola bilmədiyi üçün səs-küy saldı. Saçımdan tutdu və məni yerə yıxdı. Burun və sifət nahiyələrimə yumruqla zərbələr vurdu. Yıxıldığım yerdən qaçmağa çalışanda yenə təpiklə məni vurdu, yerə yıxdı.

Daşqın məni döyən zaman qapı qonşumuz gəlib bizi ayırdı. Mən qaçaraq evi tərk etdim. 16 saylı tam orta məktəbin həyətinə getdim, orada gözlədim. Bir qədər sonra qonşumuzun evinə qayıdıb səhərin açılmasını gözlədim.

Bir müddət sonra atamın itkin düşməyimlə bağlı Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdiyini öyrəndim".

Zərərçəkmiş qeud edib ki, Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edib və əri Daşqın tərəfindən döyülməsi barədə məlumat verib: "Hazırda cinayət əməli törətmiş şəxslə barışmamışam. Bununla belə onun həbs olunmasını istəmirəm".

Cinayət işinə Mingəçevir şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Daşqın 1000 manat məbləğində cərimə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR