Onlayn ictimai-siyasi qəzet
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
Musavat.com xəbər verir ki, müraciətdə deyilir:
"Ukraynada qalmağa davam edən vətəndaşlarımızın nəzərinə!
Noyabrın 21-22-də təhlükəsizlik risklərinin artması ilə bağlı məlumat verildiyi üçün konsulluq qəbulu olmayacaq.
Səfirlik bir daha Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarından hava ilə bağlı xəbərdarlıq siqnalına riayət etməklə müvafiq təhlükəsizlik tədbirləri görmələrini və yerli hakimiyyət orqanlarının bütün tövsiyələrinə əməl etmələrini, həmçinin sığınacaqlara köçmələrini xahiş edir.
Konsul qəbulunun keçirilməyəcəyi bu tarixlərdə vətəndaşlarımızın qarşılaşa biləcəyi və təxirəsalınmaz tədbirlər görülməsi tələb olunan məsələlərlə bağlı +380 95 056 95 57 nömrəli telefona zəng etməyinizi xahiş edirik.
Musavat.com
20 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ