İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir Vilayət Quliyev Bakıdakı bahalıqdan şikayətləndi – Varşava ilə müqayisə

Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev maraqlı paylaşım edib.

Musavat.com bildirir ki, səfir ölkədəki qiymətlərin baha olduğunu dolayı yolla ifadə edib. Belə ki, V.Quliyev Polşanın paytaxtı Varşava ilə Bakını müqayisə edib:

“Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir”, deyə səfir bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR