İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir Antonov: "MKİ-nin ruslara çağırışı hibrid müharibənin bir hissəsidir"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təbliğat xarakterli videolar yerləşdirməklə rusları işə cəlb etmək cəhdləri təxribatdır və Rusiya Federasiyasına qarşı hibrid müharibənin tərkib hissəsidir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya diplomatik missiyasının Telegram kanalında iyazıb.

Diplomat qeyd edib ki, bu, Amerika kəşfiyyat xidmətlərinin ilk açıq-aşkar təxribatı deyil.

Antonovun fikrincə, “sanksiya blitskririqi” iflasa uğrayan və Rusiyanın hərbi məğlubiyyətinin mümkünsüz olduğunu dərk edn Qərb Rusiya cəmiyyətində çaşqınlıq yaratmağa çalışır.

“Söhbət Rusiya Federasiyasına qarşı açılmış hibrid müharibəsi çərçivəsində əlaqələndirilmiş kampaniyadan gedir”, – Anatoli Antonov izah edib.

Xatırladaq ki, mayın 16-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rusları işə götürmək üçün Telegram kanalı yaradıb. Agentlik resursun rəsmi statusunu təsdiqləyib.

Eyni zamanda, hələ 2022-ci ilin payızında MKİ-nin əməliyyatlar üzrə direktor müavini Devid Marlou elan edib ki, MKİ “əməkdaşlığı müzakirə etmək” üçün Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatdan narazı olan rusları axtarır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl Vaşinqtona Rusiya vətəndaşlarının Telegram vasitəsilə işə götürülməsinin nəticələrini xatırladıb.

Bu arada internetdə Rusiya Federasiyası vətəndaşlarını MKİ sıralarına cəlb etmək cəhdlərinə “Rusiyanın cavabı” peyda olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR