İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfəryan: "Keçən il Təhlükəsizlik Şurası KTMT-də qalmaq qərarı verdi"

Xəbər verdiyimiz kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya verdiyi müsahibədə Ermənistanda KTMT-dən çıxmaq variantının rəsmi səviyyədə gündəmə gətirildiyini deyib.

Onun bu bəyanatı həm Ermənistanda, həm də Rusiyada hay-küy doğurub.

“Mən konkret bir tarix deyə bilmərəm, lakin bu məsələ yəqin ki, Təhlükəsizlik Şurasında müzakirə olunub. Düşünürəm ki, sentyabr hadisələri vaxtı idi. Zəhmət olmasa, aydınlaşdırın”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan jurnalistlərlə söhbət zamanı səsləndirib.

Nazir müavininin sözlərinə görə, hazırda KTMT-dən çıxmaq məsələsi Ermənistanın gündəmində deyil, lakin vəziyyətin inkişafından asılı olaraq bu, müzakirə oluna bilər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarovanın KTMT müşahidəçilərinin göndərilməsi ilə bağlı Ermənistanın cavabını gözlədikləri barədə açıqlamalarına Səfəryanın reaksiyası bu cür olub: “Biz dəfələrlə bəyan etmişik ki, KTMT vəziyyətə siyasi qiymət verməlidir.  Nə vaxtsa bu müzakirələr yenidən davam edə bilər. Hazırda gündəliyə müşahidəçilərlə bağlı məsələ daxildir”.

KTMT-nin dəstək paketinə silah və qoşunların daxil olub-olmadığı ilə bağlı suala erməni rəsmisi cavab verməyib.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR