İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfərbərlik elan edildikdən sonra ruslar arasında Putinə inam azalıb – “Levada Mərkəzi”  

Rusiya prezidenti Vladimir Putinin səfərbərlik elanından sonra ruslar arasında onun nüfuzu nəzərəçarpacaq dərəcədə azalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Levada” sorğu mərkəzinin yeni hesabatında deyilir.

Mərkəzin verdiyi informasiyaya əsasən, bu il sentyabrın sonunda avqust ay ilə müqayisədə ölkədə işlərin düzgün getdiyinə inananların nisbəti azalıb. Əgər avqustda belə insanlar 67% idisə, sentyabr ayında bu göstərici 60%-ə düşüb. Respondentlərin 27%-i ölkənin yanlış istiqamətdə getdiyini düşünür (avqustda 24%).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR