Onlayn ictimai-siyasi qəzet
7 fevral 2024-cü il tarixində keçirilən Azərbaycan Respublikası Prezidenti seçkiləri Qərbin dəstəklədiyi media qurumları və "fəalların" müxtəlif təxribatları ilə yadda qaldı. Xarici donorlardan maliyyələşən “Azadlıq radiosu”, “Amerikanın səsi”, “BBC Azərbaycanca”, “Meydan TV” saxta həmsöhbət, dezinformasiya metodları ilə çox sayda media təxribatları törətdilər. Bunlarla yanaşı bir çox şəxslərin fərdi və toplu halında törətdikləri təxribatlar da diqqətdən qaçmadı.
Seçki günü səhər saatlarından etibarən Əli Məlikov adlı LGBT üzvünün ard-arda paylaşdığı saxta məlumatlar da bu qəbildən idi.
Onun 23 saylı Nəsimi-Səbail seçki dairəsi 13 saylı məntəqədə türk jurnalistlə məntəqə sədri arasında baş vermiş insidentlə bağlı yaydığı video araşdırma predmetimiz oldu.
Həmin videoda seçki üçün Bakıya ezam olunmuş türk jurnalist məntəqədə səs-küy salan bir nəfərə “Biz Türkiyədən gəlmişik. Canlı yayın edirik, ölkəni pis göstərirsən” iradına görüntüləri çəkən şəxs “Mənə nə, mənə nə?” deyə cavab verir, daha sonra “Türkiyə belə çox yaxşıdır" rişxəndi edir.
Əli Məlikov adlı istifadəçi isə bu dialoqu sanki məntəqə sədri ilə türk jurnalist arasında baş vermiş hadisə kimi təqdim edir.
Faktyoxla Lab. həmin şəxsin kimliyini müəyyən etməyə çalışıb.
Araşdırma nəticəsində bəlli etdik ki, təqdim olunan videoda siması ani görünən şəxs,
Türkiyədən seçki üçün Bakıya ezam olunan müxbir, “TRT Ərəb”in kameramanı Sercan Severdir.
Videoda türk jurnalistlə insident yaşayan şəxs isə bu paylaşımı ilə özünü bəlli edib:
Araşdırma nəticəsində dəqiqləşdirdik ki, “Makalooo” ləqəbli bu profilin sahibi LGBT üzvü olan İsmayıl adlı şəxsdir.
O, seçki prosesinə mane olduğu üçün rəsmi protokolla məntəqədən uzaqlaşdırılan 3 nəfərdən biri olub:
İsmayıl deyilən şəxs adını yuxarıda qeyd etdiyimiz Əli Məlikovla yaxın münasibətdə olduğunu açıq bildirir.
Maraqlı və təəccüblüdür ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsi 13 saylı məntəqədə müşahidəçi qismində yalnız LGBT üzvləri cəlb olunublar.
Təqdim etdiyimiz bu paylaşımları “Azadlıq radiosu”, “Amerikanın səsi”, “BBC Azərbaycanca”, “Meydan TV”-nin 23 saylı dairənin 13 saylı məntəqəsindən hazırladığı reportajlardan götürmüşük.
Məntəqədə aktivlik göstərən digər şəxs Almaniyada yaşayan və alman vətəndaşı ilə evli olan Cavid Nəbiyevdir.
Xatırladaq ki, “Meydan TV”-nin seçki günü hazırladığı reportajlardan birində siması görünməyən və provakasiyaya cəhd edən şəxs də Cavid Nəbiyev olub.
Yekunda bildirək ki, Əli Məlikovun 13 saylı məntəqənin sədrinin kişi olduğunu sübut etməyə çalışsa da, burada da saxtakarlığa yol verir. Belə ki, 23 saylı dairənin 13 saylı məntəqəsinin sədri Ə.Məlikovun təqdim etdiyi kimi kişi cinsinin nümayəndəsi deyil, xanım- Jalə Zeynalovadır.
Nəticə:
- Türk jurnalistlə mübahisə edən, “Öz ölkəni pis göstərirsən” ifadəsinə ““mənə nə, mənə nə?” deyə cavab verən şəxs, dövlət məmuru deyil, öz adamları olan İsmayıl adlı şəxsdir;
- Bu seçkilərdə müşahidə (təxribat) məqsədilə əsasən LGBT, “nowar”çu, feminist və digər bu qəbildən olan fəalların cəlb edilməsi xaricdə hazırlanan yeni taktika idi. Bu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı məntəqəsinə müşahidəçi qismində yalnız LGBT üzvlərinin cəlb olunmasından da göründü;
- “Azadlıq radiosu”, “Amerikanın səsi”, “BBC Azərbaycanca”, “Meydan TV”-nin seçki günü hazırladıqları neqativ materialların böyük əksəriyyəti də məhz bu məntəqədən olub;
- Türk jurnalistlə insident Azərbaycana qarşı nifrət yaratmaq, azərbaycanlı dövlət məmurunun qonağa qarşı aqressiv hərəkətindən təsirlənib neqativ material hazırlamasına sövq etmək məqsədi ilə təşkil olunub;
- Eyni zamanda, Azərbaycan və Türkiyə cəmiyyətləri arasında sıx əlaqələr nəzərə alınaraq, azərbaycanlı məmura və dolayısı ilə Azərbaycan Dövlətinə qarşı nifrət oyatmağa cəhd ediblər.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ