Onlayn ictimai-siyasi qəzet
Müğənni Şəbnəm Tovuzlu plastik əməliyyat etdirən kişilərə münasibət bildirib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda proqramların birində danışıb. O, bəzi prosedurları bəylərə yaraşdırmadığını bildirib:
“Salon işlətdiyim üçün bu prosedurları çox yaxşı bilirəm. Bizə bəylər müraciət edir, onlar gözətrafı və alın qırışları üçün botoks etdirirlər. Kiçik qırış varsa, bunu etdirən kişilərə normal baxıram. Qaşqaldırma bəylərə olmaz, yaxşı baxmıram. Şou-biznes nümayəndələri arasında bunu etdirənlər var. Bəy dodaq düzəltdirər? Qaşqaldırma, yanağa botoks və ya dodağa nəsə etdirməyi heç bir bəyə yaraşdırmıram”.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ