Onlayn ictimai-siyasi qəzet
45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd olan Səbinə Salmanova adı tariximizdə hər zaman cəsur qəhrəmanlar kimi qalacaq şəhidlərimizin də evlərinə gedib, onların doğmaları ilə birlikdə ruhlarını yad edib.
Musavat.com xəbər verir ki, namizəd əfsanəvi generalımız, hər bir əsgərinin qayğısına qalan nümunəvi komandan, döyüşlər zamanı böyük qəhrəmanlıqlar göstərmiş, şəhidliyi ilə bütün xalqımızın, ordumuzun düşmən üzərində yeni döyüşlərə səfərbər edilməsində, ordumuzun qələbə əzminin xeyli yüksəlməsində böyük rol oynamış Polad Həşimovun, öz təəssübü, cəsarəti, qorxmazlığı, igidliyi ilə dillər əzbəri olan, hər bir döyüşçümüzə əlavə güc, qüvvət verən Mübariz İbrahimovun ailələrini ziyarət edib.
Səbinə Salmanova daha sonra torpaqlarımız uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərmiş, xalqımızın başını ucaldan, bizə qalib xalq adını qazandıran, birinci və ikinci Qarabağ müharibələrində şəhid olmuş, vətənimizin əziz övladları Elçin Hüseynovun, Təbriz Alməmmədovun, Surxay Məhərrəmovun əzizləri ilə görüşüb.
Səbinə Salmanova hər bir şəhidimizin ailə üzvləri ilə ətraflı, səmimi söhbət edib, bu ailələrin hər birinin xalqımızın qürur yeri olduğunu, bütün insanlarımız üçün çox əziz olduğunu bildirib. Hər zaman şəhid ailələrinə diqqət, qayğı göstərməyi özünün, hər bir azərbaycanlının borcu hesab etdiyini deyib.
Bu unudulmaz qəhrəmanlarımızın doğma ailə üzvləri Səbinə Salmanovaya öz qayğılarından danışmış, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ