Onlayn ictimai-siyasi qəzet
"Səbail" rəhbərliyi Cavid Hüseynovu komandanın sükanı arxasına dəvət etdiyini rəsmən açıqlasa da, müqavilənin maliyyə detalları barədə məlumat verməyib.
Musavat.com bildirir ki, Sport24.az-ın verdiyi məlumata görə, gənc mütəxəssis cari mövsümdə Premyer Liqada ən aşağı məvacib alan baş məşqçilərdən biri olacaq.
Razılaşmaya əsasən, Cavid Hüseynov 2024/25 futbol ilinin sonunadək 8 min manat maaş alacaq. Buna səbəb klub tərəfindən sabiq çalışdırıcı Şahin Diniyevə ödəniləcək təzminatdır. Ancaq "dənizçilər"in yeni baş məşqçisi rəhbərlik qarşısında şərt qoyub. Belə ki, o, rəsmilərdən qış transfer dönəmində 3 yeni legionerin alınmasını istəyib.
Qeyd edək ki, "Səbail"in istefaya gedən sabiq baş məşqçisi Diniyevin "Səbail"də məvacibi 13 min manat olub.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ