İnsanlara hürriyət, millətlərə istiqlal!

Saymon Stil: COP29 və G20 sammitlərində iqlim maliyyəsində irəliləyiş vacibdir

Qlobal səviyyədə iqlim maliyyəsinin səmərəliliyi üçün COP29 danışıqlar prosesi çərçivəsində və ondan kənarda iqlim dəyişikliyi ilə mübarizə tədbirləri zəruridir.

“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stilin G20 sammiti ərəfəsində müraciətində deyilir.

Onun sözlərinə görə, dünya G20 sammitinə istiqamətlənən liderlərdən iqlim dəyişikliyi ilə mübarizənin ən böyük iqtisadiyyatlar üçün vacib vəzifələrdən biri olduğuna dair qəti siqnallar gözləyir: "G20 heç bir ölkənin və ya ölkələr qrupunun təkbaşına həll edə bilməyəcəyi problemlərin öhdəsindən gəlmək üçün yaradılıb. Məhz buna görə də gələn həftə Rio-de-Janeyroda qlobal iqlim böhranı gündəlikdə birinci yerdə olmalıdır".

İqlim dəyişikliyinin təsirləri artıq "iyirmiliyə" üzv ölkələrin iqtisadiyyatlarını sarsıdır, təchizat zəncirlərini pozur və ərzaq qiymətlərini artıraraq inflyasiyanı sürətləndirir: "İqlim dəyişikliyi ilə mübarizədə daha cəsarətli tədbirlərin görülməsi qrupun hər bir iqtisadiyyatı üçün özünü qorumaqdır. Emissiyaların sürətli azaldılması prosesi olmadan heç bir iqtisadiyyat iqlim dəyişikliyinin səbəb olduğu iqtisadi fəlakətdən qurtula bilməyəcək".

Onun sözlərinə görə, yaxşı xəbərlər də var - təkcə bu il “təmiz enerji” və infrastrukturun inkişafına məhz iki trilyon ABŞ dollarından başlayan vəsait yönəldiləcək: "Bu, qalıq yanacağa xərclənən məbləğdən iki dəfə çoxdur. G20 ölkələrinin bəziləri artıq “təmiz enerji”nin sürətli inkişafından əhəmiyyətli fayda əldə edirlər.

Qlobal iqlim maliyyələşməsinin gücləndirilməsi bütün ölkələrin iqlim dəyişikliyinə qarşı daha cəsarətli tədbirlərin əhəmiyyətli üstünlüklərindən faydalana biləcəyinə zəmanət verir. Buraya daha güclü artım, iş yerlərinin sayının artması, çirklənmə səviyyəsinin azalması, daha təhlükəsiz və əlçatan enerjidən istifadə daxildir".

"Bakıda danışıqlar iştirakçıları iqlim maliyyəsi sahəsində yeni hədəf üzərində gecə-gündüz işləyirlər. Keçiləcək uzun yol var. Lakin hər kəs COP-un başa çatmasına yarı yolda ona nə qədər yüksək diqqətin olduğunu yaxşı başa düşür", - müraciətdə bildirilib.

S.Stil əlavə edib ki, COP29 danışıqlar prosesindən kənar iqlim maliyyəsi sahəsində irəliləyiş də az əhəmiyyət kəsb etmir və G20-nin rolu həlledicidir.

O hesab edir ki, gələn həftə keçiriləcək sammit qlobal səviyyədə son dərəcə aydın siqnallar göndərməlidir: "Borc yükünün yüngülləşdirilməsi həllin ən vacib hissəsidir ki, həssas ölkələr borca xidmət xərcləri ilə qarşı-qarşıya qalmasın. Bu, iqlim dəyişikliyinə qarşı cəsarətli tədbirləri praktiki olaraq qeyri-mümkün edir. G20 görüşü bu istiqamətdə irəliləyiş əldə etməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR