Onlayn ictimai-siyasi qəzet
Nizami rayonunda psixotrop tərkibli dərmanların əldə olunması üçün saxta reseptlər hazırlayan 3 nəfərdən ibarət dəstə üzvünün növbəti məhkəməsi keçirilib.
Hakim Aytən Əliyeva iclasda sənədlərin tədqiqinə keçib. Məlum olub ki, hər üç təqsirləndirilən şəxsdən psixotrop dərmanlar aşkar edilib. Müşfiq Şahbazovdan isə tərəzidə aşkar edilib. Həmçinin 2 nəfər hal şahidinin məcburi qayda da məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb.
Məhkəmənin növbəti iclası 17 fevral tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən 2-si həbsdə, Əzizə Əliyeva barəsində isə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
İttiham aktına görə, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakinləri 1999-cu il təvəllüdlü Qulu Salmanov, 1986-cı il təvəllüdlü Əli Balayev, 1986-cı il təvəllüdlü Müşviq Şahbazov və 1987-ci il təvəllüdlü Əzizə Əliyeva tutulublar.
Təqsirləndirilən şəxs Müşfiq Şahbazovun sözlərinə görə, reseptləri rəngli printerdə Əzizə hazırlayıb: "Mən kimsə dərman istəyəndə resept verirdim, dərman yox. Reseptə kimin adını istəsəm yazırdım".
Onlardan ümumilikdə psixotrop tərkibli 950 ədəd, o cümlədən 350 ədəd pregabalin, 600 ədəd tramadol həbləri və külli miqdarda metamfetamin aşkar edilib.
Qeyd edək ki, Ə.Əliyeva evində hazırladığı saxta reseptləri dəstə üzvlərinə təqdim edərək psixotrop maddələrdən tərkibli dərmanların əldə olunaraq qanunsuz dövriyyəsinin təşkilinə şərait yaradıb. /"Unikal"
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ