Onlayn ictimai-siyasi qəzet
Çuvaşiyada Şaxta baba libası geyinmiş silahlı şəxs mağaza sahibini güllələyərək öldürüb,
Musavat.com mk.ru saytına istinadla xəbər verir ki, hadisə yanvarın 2-də günortadan sonra Kanaş şəhərində baş verib. Əyində Şaxta baba kostyumu, ayağında ağ keçə çəkmə olan tünd şüşəli eynək taxmış adam mağazaya gəlib. Həmin vaxt mağazanın sahibi, 44 yaşlı Yuri S. iş yerində tək olub. Kişilər əvvəlcə ikilkdə söhbət ediblər, birlikdə şəkil çəkdiriblər. Bundan sonra Şaxta baba torbasındakı qoşalülə tefəngi çıxararaq sahibkarı güllələyib.
Hüquq-mühafizə orqanlarının ilkin qənaətinə görə, görünür, təcavüzkar Şaxta baba kostyumunu sui-qəsd törətmək, iz itirmək məqsədilə alıb. Ancaq bu kamuflyaj ona kömək etməyib - bir neçə saatdan sonra qatil saxlanılıb.
“Mash” teleqram kanalının məlumatına görə, atəş açan şəxs keçmiş məhbusdur. Öldürülən şəxs isə əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Qətlin qisas aktı olduğu güman edilir.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ