İnsanlara hürriyət, millətlərə istiqlal!

Savaşan Odessanın azərbaycanlı övladları yenə səhnədə - qürurun  FOTO və VİDEOları

Ukraynanın məşhur liman şəhəri Odessada yaşayan azərbaycanlılar ağır müharibə günlərində vətəndaşı olduqları ölkənin mərhumiyyət içində olan sakinləri üçün xeyriyyə aksiyaları keçirməkdə davam edirlər.

Bu barədə Musavat.com-a hazırda Odessada yaşayan reportyorumuz Anar Natiqoğlu məlumat verib.

A.Natiqoğlunun sözlərinə görə, Azərbaycan diaspor təşkilatlarının ümumilikdə bütün Ukrayna ərazisin əhatə edən aksiyaları Odessada xüsusi intensivliklə həyata keçirilir: “Müharibənin ilk günlərindən bu aksiyaları keçiririk, maddi sıxıntı çəkən odessalılara yardımçı olmağa çalışıırıq”.

555.jpg (246 KB)

Redaksiyamıza göndərilən videokadrlardan da görünür ki, müharibənin şiddətlənməsi və Odessaya yaxınlaşması ilə əlaqdar olaraq ehtiyaclı insanların sayının artması xeyriyyə marafonundan yararlanmaq istəyənlərin də sayını artırıb və onlar uzun növbələr yaradıblar.

445.JPG (42 KB)

Yardım almaq istəyən insanlar nə qədər çox olsa da, həmvətənlərimiz mütəşəkkil qaydada, bütün potensiallarını səfərbər edərək öz missiyalarını davam etdirirlər.

Bu ağır günlər geridə qalacaq, Odessa və Ukraynanın digər şəhərləri asudə yaşayacaqlar. O zaman onlar dar gündə kimlərin onlara arxa-dayaq olduğunu xatırlayacaqlar.

Müharibə yeni başladığı vaxt bir əməkdaşımızın yazdığı kimi, “postsovet məkanının təcili yardımı” olan Həmvətənlərimizin bu cür humanist hərəkətləri isə adamda qürur hissi doğurur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR