İnsanlara hürriyət, millətlərə istiqlal!

Sasunyandan SÜLH AÇIQLAMASI: “Ermənistan bir ay ərzində...”

“Ermənistan baş nazirinin ofisi Nikol Paşinyanın uzunmüddətli məzuniyyətə - iyulun 15-dən avqustun 12-dək getdiyini açıqlayıb. Daha dəhşətlisi odur ki, bir neçə yüksək rütbəli erməni məmuru da eyni vaxtda məzuniyyətə çıxmaq qərarına gəlib və ölkəni rəhbərsiz qoyublar”.

Musavat.com xəbər verir ki, bu barədə “The California Courier” qəzetinin redaktoru Harut Sasunyan yazıb.

“Paşinyan bir, hətta iki həftəlik tətilə getsəydi, mənim narahatlığım olmazdı. Hər bir insanın vaxtaşırı istirahətə ehtiyacı var. Ancaq dövlətin birinci şəxsinin bir ay tətildə olması inanılmaz bir şeydir. Mən dünyanın heç bir ölkəsinin rəhbərinin 29 günlük məzuniyyətə getdiyini eşitməmişəm.

Paşinyan ötən ay bildirib ki, Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Onda niyə bir ay məzuniyyət götürmək lazım idi? Əgər Azərbaycan Ermənistanın maraqlarına zidd olan belə bir sazişi imzalamağa razılaşsaydı, o, öz iş yerində olmalı deyildimi?

Bütün rəhbərliyin olmaması hər hansı bir ölkə üçün ciddi təhlükə yaratsa da, ermənilər o qədər də narahat deyil. Əksinə, sevinirlər ki, ölkə rəhbərləri iş başında deyil, ona görə də ölkənin mənafeyinə daha az ziyan vuracaqlar. Bəziləri isə bu liderlərin ömürlük məzuniyyətdə qalacaqlarına və öz vəzifələrinə qayıtmayacaqlarına ümid edirlər”, - Sasunyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR