İnsanlara hürriyət, millətlərə istiqlal!

Sasunyan sərsəmlədi: Azərbaycanla vasitəçilərsiz görüş keçirmək olmaz  

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə vasitəçi olmadan görüş keçirməsinə imkan vermək olmaz. Bunun qarşısını almaq Ermənistanın maraqlarına uyğundur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “The California Courier” qəzetinin təsisçisi və redaktoru Harut Sasunyan deyib.

Çünki Paşinyanın təcrübəsi yoxdur. Əliyev-Paşinyan təkbətək görüşləri hər zaman erməni tərəfi üçün itkilərə səbəb olacaq. Amma problem ondadır ki, Bakı görüşlərin ayrıca ikitərəfli formatda keçirilməsində israrlıdır və rəsmi İrəvan da heç bir etiraz bildirmir”, - deyə o bildirib. 

“İnanıram ki, Rusiya prezidenti Vladimir Putinin Bakıda danışıqlarda vasitəçi olmağa hazır olduğunu bildirməsi ermənilər üçün yaxşı xəbərdir. Məsələ konkret olaraq Rusiya vasitəçiliyi ilə bağlı deyil, biz hər hansı üçüncü tərəfin vasitəçiliyindən faydalanırıq”, - deyə Sasunyan tipik ermənisayağı şərh verib.

Onun sözlərinə görə, Ermənistanın problemi Paşinyandır, onun dövləti idarə edə bilməməsidir. Ermənistanın baş naziri peşəkarcasına yalnız bir iş görür - ölkə üçün vacib olan məsələlərdən ictimaiyyətin diqqətini yayındırır.

“O, heç nəyə qadir deyil. O, ancaq Türkiyənin və ya Azərbaycanın istənilən tələbi ilə razılaşa bilər”,-deyə Sasunyan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR