Onlayn ictimai-siyasi qəzet
“Nikol Paşinyana olan ictimai etimad tarixi minimuma düşüb”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının liderlərindən Eduard Şarmazanov danışıb.
“Siyasi xadimlərin əksəriyyətinin ortaq qənaəti budur ki, Nikol Paşinyan uğursuz idarəçidir və hər bir Ermənistan vətəndaşının sağlamlığı üçün təhlükə yaradır”, - deyə Şarmazanov jurnalistlərlə görüşdə bildirib.
Revanşist siyasətçi yenə də sədri Serj Sərkisyanın adından “Qarabağın geri qaytarılması” kimi sərsəm ifadələr işlədib.
“Fürsətdən istifadə edərək hər bir müxalifətçi siyasətçiyə səslənirəm: fərqlərimizi bir kənara qoyaq, bu gün Ermənistanın qalan hissəsini xilas etməliyik”, - deyə Şarmazanov qeyd edib.
Erməni siyasətçi Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün bütün mümkün addımları atacaqlarını da deyib.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ