İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanov: Paşinyan velosiped deyil, sualtı qayıq da sürsə bitmiş adamdır


“Paşinyan deyil velosiped, sualtı qayıq sürsə belə, bir şey dəqiqdir: o, bitib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə Ermənistanın müxalif Respublika partiyasının liderlərindən, keçmiş deputat Eduard Şarmazanov tərəfindən Facebook-dakı statusunda əks olunub.

Nikol indi Azərbaycana, pafoslu müştərilərə və bəzi “beretlərə” arxalanmalıdır. Nikolistlər yekdilliklə heç bir şeyin onların hakimiyyətinə təhlükə törətmədiyini iddia edirlər.

Bəs niyə bütün günü bu haqda danışırsan? Dəstəyiniz və xalqınız yoxdur, velosiped sürmək, sualtı qayıq sürmək istəyirsiniz. Qanuni güc polisin arxasında gizlənməz.

Hazırkı gündəm Azərbaycanın qarşısında diz çökmüş təslimçinin getməsi ilə bağlıdır”,-deyə revanşist Şarmazanov yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR